Boksçularımız Avropa birinciliyi turnirini 4 medalla başa vurublar

  Boksçularımız Avropa birinciliyi turnirini 4 medalla başa vurublar

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyi başa çatıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandası turniri medalla başa vurub.

Oğlanların mübarizəsində Nihat Qasımov (48 kq) və Səftər Məmmədzadə (80 kq) gümüş, qızların yarışında isə Aylin Nəzərova (48 kq) və Əminə Tağı (52 kq) bürünc medala yiyələniblər.

Xatırladaq ki, iyunun 23-də start götürən Avropa birinciliyi 8 gün davam edib və dünən başa çatıb.