Şəhla Allahverdiyeva yarımfinalda - Yalnız 1 boksçumuz medal qazandı
Qadın boksçulardan ibarət yığma komandamızın üzvü Şəhla Allahverdiyeva Polşanın Pultusk şəhərində keçirilən beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb.
mediasport.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda Asuteya Ausiuteni (Litva) 4:1 (30:27, 30:27, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edib.
Allahverdiyeva yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. O, finala gedən yolda fransalı Fatia Benmessahellə qarşılaşacaq.
Ölkəmizi turnirdə baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərliyi altında Mehparə Məmmədova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) da təmsil edirdilər.
Yarışın qalibləri sabah müəyyənləşəcək.