Kristiano Ronaldonun dodaq uçuqladan illik qazancı - SİYAHI

Kristiano Ronaldonun dodaq uçuqladan illik qazancı - SİYAHI

Nüfuzlu "Forbes" jurnalı 2024-cü üzrə ən çox gəlir əldə edəcək idmançıların siyahısını dərc edib.

Mediasport.az xəbər verir ki, portuqaliyalı canlı əfsanə Kriştiano Ronaldo sıralamada liderdir.

Səudiyyə Ərəbistanının "Əl-Nəssr" komandasında forma geyinən 39 yaşlı superulduzun illik qazanıcının 260 milyon dollar olacağı qeyd edilib.

Ümumi hesablamaya əsasən, bu məbləğin 200 milyon dolları klubla müqaviləyə, 60 milyon dolları isə reklam və sponsorluğa aiddir.


1. Kristiano Ronaldo (futbol, 39 yaş) - 260 milyon dollar

2. Con Ram (qolf, 29 yaş) - 218 milyon

3. Lionel Messi (futbol, 37 yaş) - 135 milyon

4. Lebron Ceyms (basketbol, 39 yaş), - 128,2 milyon

5. Yannis Adetokunbo (basketbol, 29 yaş) - 111 milyon

6. Kilian Mbappe (futbol, 26 yaş) - 110 milyon

7. Neymar (futbol, 32 yaş) - 108 milyon

8. Kərim Benzema (futbol, 37 yaş) - 106 milyon

9. Stefen Karri (basketbol, 36 yaş) - 102 milyon

10. Lamar Cekson (amerikan futbolu, 27 yaş) - 100,5 milyon