Azərbaycanın iki güləşçisi Özbəkistanda 4 medal qazanıb

Azərbaycanın iki güləşçisi Özbəkistanda 4 medal qazanıb

Özbəkistanın Gülüstan şəhərində kəmər güləşinin 4 növü üzrə dünya çempionatı keçirilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan idmançılarından Elnur Abdullayev "üç güləş" üzrə ikinci, kəmər və bel güləşi üzrə isə üçüncü yeri tutub.

Mələkxanım Məmmədova kəmər və bel güləşi üzrə ikinci olub, kəmər güləşi halqası və "üç güləş" üzrə bürünc medal qazanıb.