Azərbaycanın iki karateçisindən Premyer Liqada bürünc medal
Ümumdünya Karate Federasiyasının (WKF) Premyer Liqa seriyasına yekun vurulub.
Mediasport.az xəbər verir ki, yarışın dörd mərhələsi ərzində Azərbaycan idmançıları iki dəfə fəxri kürsüdə yer alıblar.
Turqut Həsənov (84 kq) Antalyada, Fidan Teymurova (50 kq) isə Parisdə təşkil olunan mərhələdə bürünc medal qazanıb.
Premyer Liqanın cari mövsümündə toplanan xallar gələn il Qahirədə keçiriləcək dünya çempionatına vəsiqə baxımından əhəmiyyət daşıyır.