Azərbaycan millisi Belarusda keçirilən turnirdə 7 medal qazandı

Azərbaycan millisi Belarusda keçirilən turnirdə 7 medal qazandı

Azərbaycanın boks millisi Belarusun Jabinka şəhərində keçirilən yeniyetmələr arasında beynəlxalq turniri 7 medalla başa vurub.

Mediasport.az xəbər verir ki, bütün rəqiblərinə qalib gələn İmran Axundov (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Nihat Qasımovla (50 kq) Haqverdi Həsənov (63 kq) gümüş, Sübhan Babayev (57 kq) və Əflatun İsmiyev (54 kq) isə bürünc medal qazanıblar.