Azərbaycanın yeni dünya çempionu var: QURBAN QURBANOV

Azərbaycanın yeni dünya çempionu var: QURBAN QURBANOV

İspaniyanın Pontevedra şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Dünya çempionatı davam edir.

mediasport.az xəbər verir ki, bu gün yunan-Roma güləşində 72 kq. çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Qurban Qurbanov final görüşünə çıxıb.

Güləşçimiz həlledici qarşılaşmada xorvatiyalı Pavel Puklavetslə üz-üzə gəlib. Rəqibini 8:2 hesabı ilə məğlub edən Qurban Qurbanov Dünya çempionatında qızıl medal qazanıb.