"Qarabağ"ın tarixinə düşmüş futbolçu aktiv karyerasını başa vurdu
"Qarabağ"ın tarixində iz buraxmış Muarem Muarem futbolçu karyerasını başa vurub.
mediasport.az 34 yaşlı şimali makedoniyalı futbolçu kapitan kimi son klubu "Qostivar"ı yüksək liqaya çıxardıqdan sonra aktiv futbolla vidalaşmaq qərarını verib.
Muarem Şimali Makedoniya klubunda köməkçi məşqçi vəzifəsində çalışacaq. "Rabotniçki", "Teteks", "Orduspor", "Aktobe", "Eskişehirspor", "Flamurtari" klublarında oynamış yarımmüdafiəçi Azərbaycanda 2 dönəm çıxış edib. 2012-2015 və 2016-2017-ci illərdə ağdamlıların uğuru üçün çalışıb və klub tarixinə düşmüş futbolçulardandır.
O, 2014/2015-cü illər mövsümündə Avropa Liqasının qrup mərhələsinə vəsiqə uğrunda mübarizədə "Tvente"yə qarşı keçirilmiş pley-off mərhələsinin cavab görüşündə bərabərlik qolunu vurmuşdu. Bakıdakı ilk matç 0:0 hesabı ilə başa çatdığı üçün ağdamlılar səfər qolu hesabına tarixində ilk dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmışdılar.