"Sabah"ın futbolçusunu Ukraynaya çağırdılar
"Sabah"ın futbolçusu Aleksey Kaşuk Ukraynanın U-21 yığmasına dəvət edilib.
mediasport.az xəbər verir ki, bu barədə yerli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi noyabrın 19-da İsrail, 21-də Gürcüstanla yoldaşlıq görüşləri üçün heyətə cəlb edilib.