Azərbaycanlı gimnastlar növbəti dəfə fəxri kürsüdə yer alıblar
Batut gimnastikası üzrə Özbəkistanda keçirilən beynəlxalq turnirdə azərbaycanlı gimnastlar üçüncü dəfə medalçılar sırasına düşüblər.
Mediasport.az xəbər verir ki, sinxron proqramda Əli Niftəliyev və Mehdi Əliyev gümüş, Səma Cəfərova və Şəfiqə Hümbətova isə bürünc medal qazanıblar.
Xatırladaq ki, öncədən də yığmanın üzvləri sinxron və fərdi proqramda qızıl, gümüş və bürünc medala yiyələniblər.