Dünya Kubokunda Azərbaycan millisini 4 gimnast təmsil edəcək
Azərbaycan gimnastika millisinin Niderlandın Alkmaar şəhərində keçiriləcək batut gimnastikası üzrə Dünya Kuboku üçün heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, yarışda ölkəmizi 4 idmançı təmsil edəcək.
Milli üzvləri Selcan Mahsudova, Hüseyn Abbasov, Mehdi Əliyev və Nicat Mirzəyev fəxri kürsüyə qalxmağa çalışacaqlar.
Dünya Kuboku martın 13-14-də təşkil olunacaq.