"Qarabağ"ın yetirməsi 2-ci Liqa klubuna transfer edildi - RƏSMİ

"Qarabağ"ın yetirməsi 2-ci Liqa klubuna transfer edildi - RƏSMİ

"Şahdağ Qusar" növbəti mövsüm üçün heyətini komplektləşdirməyə davam edir.

Mediasport.az xəbər verir ki, 2-ci Liqa təmsilçisi son olaraq "İmişli"nin formasını geyinmiş Ruslan Hacıyevi heyətinə cəlb edib.

26 yaşlı hücumameyilli futbolçu ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

"Qarabağ"ın yetirməsi Ağdam klubu ilə yanaşı, uzun müddət "Səbail"in də formasını geyinib.

Hacıyevin son klubu 1-ci Liqada "İmişli" olub.