Badmintonçularımız fərdi yarışlara qələbə ilə başladılar - Avropa Oyunları

Badmintonçularımız fərdi yarışlara qələbə ilə başladılar - Avropa Oyunları

Azərbaycan badmintonçuları Polşada keçirilən III Avropa Oyunlarında çıxış ediblər.

MediaSport.az xəbər verir ki, təmsilçilərimizin fərdi yarışlarda mübarizəsi uğurlu alınsa da, komanda yarışlarında müvəffəqiyyət qazana bilməyiblər.

Era Məftuha və Keyşa Fatimə Zəhra qadınların qoşa yarışı çərçivəsində ilk görüşlərində "D" qrupunda Biatris Koralyes-Klara Azurmendi (İspaniya) tandeminə 0: hesabı ilə məğlub olublar - 5:21 və 17:21.

Kişilərin qoşa yarışında təmsilçilərimiz Edi Reski Dviçayo ilə Ezmi Qovimuradmadhoni "B" qrupunda Böyük Britaniya badmintonçuları Ben Leyn-Şon Vendiyə eyni hesabla yeniliblər - 8:21, 10:21.

Fərdi yarışlarda Keyşa Fatimə Zəhra "D" qrupunda litvalı Samanta Qolubikaiteni 2:0 hesabı ilə üstələyib.

Eddi Reski Dviçayo isə "G" qrupunda ispaniyalı Luis Enrike Penalveyi məğlubiyyətə uğradıb - 2:1.