Bakıda ilk velosiped kirayəsi xidməti - “bike-sharing” işə başladı
Bakıda mikromobillik infrastrukturunun inkişaf etdirilməsi üçün həyata keçirilən layihə çərçivəsində 10 km-dən artıq velisoped yolu salınıb.
Mediasport.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, şəbəkənin genişləndirilməsi nəzərdə tutulur.
“Artıq ilk velosiped kirayəsi xidməti - “bike-sharing” işə başlayıb. Bu səmərəli fəaliyyətin iştirakçılarına uğurlar arzu edirik”, - R.Nəbiyev qeyd edib.