Bakıda “Qol U-15” ll beynəlxalq futbol turnirinə start verilib
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qol U-15” ll beynəlxalq futbol turnirinə start verilib.
Mediasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və AFFA-nın birgə təşkil etdiyi turnirdə 8 komanda mübarizə aparır.
A qrupunda "Qarabağ", "Turan-Tovuz", "Sabah" və Belarusun “U15 Academy" komandası yarışır.
B qrupunda isə "Neftçi”, “Zirə", “Sumqayıt" və Qırğızıstanın “İlbirs" komandası yer alıb.
Turnirə noyabrın 19-da yekun vurulacaq.