Şirvanda Vətən Müharibəsi şəhidinin xatirə turniri keçirilir
“Təhsil RİM” Şirvan şəhər uşaq gənclər idman-şahmat məktəbi PHŞ-nin Vətən Müharibəsi şəhidi Süleyman Bağırovun xatirəsinə həsr olunmuş şahmat birinciliyinə start verilib.
Mediasport.az xəbər verir ki, şəhər rəhbərliyi, məktəbin kollektivi və iştirakçılar əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərimizin məzarı önünə gül dəstələri qoyublar.
Daha sonra 44 günlük Qarabağ savaşının qəhrəman şəhidinin xatirə turniri başlanıb.
Bir neçə gün davam edəcək birincilikdə 100-ə qədər məktəbli 3 yaş qrupu (6-8, 10-12 və 14) üzrə mübarizə aparacaq.