"Baku Fire"dan 12 qol, "Araz Naxçıvan" vahid lider oldu - YÜKSƏK LİQA

"Baku Fire"dan 12 qol, "Araz Naxçıvan" vahid lider oldu - YÜKSƏK LİQA

Futzal üzrə Yüksək Liqada ikinci turun oyunları keçirilib. MediaSport.az xəbər verir ki, bir-birindən maraqlı qarşılaşmalar baş tutub.

Yüksək Liqa, 2-ci tur

"Baku Fire" – U-19 12:0

Qollar: Sorouş Heydəri, 8:43; 27:32; 31:52. Tofiq Əliyev, 9:57; 23:21. Faiq Əliyev, 11:05; 12:29. Elvin Quliyev, 22:25. Nihad İsmayılov, 31:34. Səhənd Rezapur, 32:24. İmaməli Hüseynov, 37:25. Aqa Taklik Ali, 38:12.

"Neftçi" İK – "Alyans" (Lənkəran) 6:3

Qollar: Ülvi Əliyev, 5:09. Mirzə Əmirov, 14:24. İlkin Hacıyev, 26:14; 31:00. Nurlan Mehdizadə, 35:40. Rüfət Balakişiyev, 39:39 – Mahdi Faezi, 4:06; 23:35. Armin Fərruxi, 11:49.

"Rekord" – "Araz Naxçıvan" 1:8

Qollar: Mahyar Purniyazi, 39:56 – Felipinyo, 9:51. Fərid Ələkbərov, 14:20. Vitinyo, 19:20; 33:45. Andreu Varqas, 22:48. Sinesio, 32:32. Xəzər Ağalızadə, 34:57. Oktay Rüstəmli, 39:35.

Xallar: "Araz Naxçıvan" - 6, "Baku Fire" - 4, "Neftçi" İK - 4, "Rekord" - 3, "Alyans" - 0, U-19 - 0.