Heydər Əliyevin yubileyi münasibətilə turnir keçiriləcək

Heydər Əliyevin yubileyi münasibətilə turnir keçiriləcək

AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar beynəlxalq futzal turniri keçiriləcək.

Mediasport.az xəbər verir ki, turnirdə Azərbaycanın, Belarusun və Mərakeşin 19 yaşadək futzalçılarından ibarət milli komandaları mübarizə aparacaqlar.

Noyabrın 26-da start götürəcək turnir 4 gün davam edəcək. Oyunlar Bakı İdman Sarayında təşkil olunacaq.


Azərbaycan – Belarus

Hakimlər: Hikmət Qafarlı, Ceyhun Hüseynov, Hidayət Feyzullayev, Anar Fərəcov

26 noyabr. Bakı İdman Sarayı. Saat 17:00


Azərbaycan – Mərakeş

Hakimlər: Knyaz Əmiraslanov, Hacıəli Ağayev, Məmmədəli Kərimov, Hikmət Qafarlı

28 noyabr. Bakı İdman Sarayı. Saat 17:00


Mərakeş – Belarus

Hakimlər: Əli Cəbrayılov, Rza Məmmədov, Nahid Xasıyev, Ramil Namazov

30 noyabr. Bakı İdman Sarayı. Saat 17:00