Federasiyanın vitse-prezidenti yığma üzvləri ilə görüşüb
![Federasiyanın vitse-prezidenti yığma üzvləri ilə görüşüb](https://mediasport.az/uploads/images/202310/image_750x_651e77091b023.jpg)
Azərbaycan Futzal Federasiyasının rəsmisi DÇ-2024-ün elit mərhələsinin oyunundan əvvəl milli üzvləri ilə görüşüb.
Mediasport.az xəbər verir ki, taktiki çalışmadan əvvəl federasiyasının vitse-prezidenti Elşən Abasov futzalçıları dinləyib.
O, Qazaxıstanla keçiriləcək oyunla bağlı federasiya prezidenti Zaur Axundovun tapşırıqlarını çatdırıb.
Qeyd edək ki, oktyabrın 6-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Qazaxıstan matçı saat 20:00-da başlanacaq.