Azərbaycan milli komandasının üzvü Belçika çempionu oldu
Futzal üzrə Azərbaycan milli komandasının müdafiəçisi Eduardo Melo Borgeş növbəti qızıl medalını qazanıb.
Mediasport.az xəbər verir ki, milliləşdirilmiş braziliyalı "Anderlext"in heyətində Belçika çempionu olub.
37 yaşlı "sambaçı"nın komandası ardıcıl 3-cü dəfə ölkənin ən güclüsü adına yiyələnib.
Qeyd edək ki, 2013-cü ildən yığmamızda forma geyinən Borgeş 2024-cü ildən milliyə dəvət almır.