Basketbol milli komandamız Avropa çempionatının finalına vəsiqə qazandı

Basketbol milli komandamız Avropa çempionatının finalına vəsiqə qazandı

Azərbaycanın 16 yaşlı oğlanlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa çempionatının C divizionunda finala çıxıb.

MediaSport.az xəbər verir ki, yığma yarımfinalda Andorra yığmasını 87:64 hesabı ilə məğlub edib.

Komandamızın finaldakı rəqibi Kipr - Kosovo cütünün qalibi olacaq. Görüş bu gün keçiriləcək.