Tarixi matç: "Sabah" Çempionlar Liqasında bu gün debüt edəcək

Tarixi matç: "Sabah" Çempionlar Liqasında bu gün debüt edəcək

Bu gün "Sabah" basketbol komandası FİBA Çempionlar Liqasında mübarizəyə start verəcək.

Mediasport.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv təsnifat mərhələsində İsveçin "Norrçöpinq Dolfins" klubu ilə qarşılaşacaq.

Bu, Azərbaycan basketbol klublarının Çempionlar Liqasında debüt matçı olacaq.

Cütün qalibi sentyabrın 19-da keçiriləcək yarımfinalda İsveçrənin "Friburq" klubu ilə üz-üzə gələcək.


FİBA Çempionlar Liqası


17:30. “Sabah” - "Norrçöpinq Dolfins"

Antalyan “Gloria Sports Arena”