"Sabah" Cəlilabadda sevindi

"Sabah" Cəlilabadda sevindi

Azərbaycan Basketbol Liqasında 15-ci turun daha bir oyunu baş tutub.

Mediasport.az xəbər verir ki, Cəlilabad Olimpiya İdman Kompleksində şəhərin eyniadlı komandası ilə "Sabah” qarşılaşıb.

Görüş qonaqların qələbəsi ilə başa çatıb - 90:76.

Bu nəticədən sonra xallarını 27-yə yüksəldən Bakı klubu turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.

“Cəlilabad” 20 xalla yeddinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında "Neftçi" "Gəncə"yə, “NTD-İndiqo” "Sərhədçi"yə 84:74, "Xəzri isə "Xırdalan"a 106:82 hesabı ilə qalib gəlib.

Tura bu gün reallaşacaq "Şəki" - "Sumqayıt" dueli ilə yekun vurulacaq.