Benzemanın komandası dünya çempionatında mərhələ adlayıb

Benzemanın komandası dünya çempionatında mərhələ adlayıb

Klublararası Dünya çempionatının oyunlarına start verilib

Mediasport.az xəbər verir ki, 1/8 final mərhələsində 1 görüş keçirilib.

Kərim Benzema, Nqolo Kante kimi futbolçulara sahib Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad" Yeni Zelandiya klubu "Oklend Siti"ni 3:0 hesabı ilə məğlub edib.

Ulduz futbolçular hərəyə bir qol vurublar. "Əl-İttihad" 1/4 finalda Misirin "Əl-Əhli" klubu ilə qarşılaşacaq.

Yarışda "Fluminense", "Mançester Siti", "Urava Red Daymonds" və "Leon" klubları da iştirak edəcəklər.

Mundial dekabrın 22-dək Səudiyyə Ərəbistanında baş tutacaq.

Klublararası Dünya Çempionatı. 1/8 final

"Əl-İttihad" - "Oklend Siti" 3:0