Tarixin "33-lüy"ündə Ronaldu yoxdur - Messi və Mbappe var

Tarixin "33-lüy"ündə Ronaldu yoxdur - Messi və Mbappe var

Məşhur "FourFourTwo" jurnalı dünya çempionatları tarixinin ən yaxşı oyunçularının siyahısını tərtib edib.

Mediasport.az xəbər verir ki, reytinqdə 33 futbolçu daxil edilib.

Sıralamada 2 qapıçı - Lev Yaşin (16-cı yer, keçmiş SSRİ) və Oliver Kann (30-cu yer, Almaniya) da yer alıb.

Ümumilikdə tarixin ən yaxşı futbolçularından portuqaliyalı Kriştianu Ronaldu "33-lük"də yoxdur.


İlk "10-luq"

Pele (Braziliya)

Lionel Messi (Argentina)

Dieqo Maradona (Argentina)

Ronaldo (Braziliya)

Zinəddin Zidan (Fransa)

Frank Bekkenbauer (Almaniya)

Kilian Mbappe (Fransa)

Eysebio (Portuqaliya)

Miroslav Kloze (Almaniya)

Qarrinça (Braziliya)