Yığmamızdan 7:0 hesablı qələbə

Yığmamızdan 7:0 hesablı qələbə

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

mediasport.az xəbər verir ki, “Sumqayıt”ın U-17 komandası ilə qarşılaşan milli 7:0 hesablı qələbə qazanıb.

​Milli komandanın qollarını Əli Qurbanov (3), Amid Qasımov, Ümid Səlimov, Əhməd Tarverdiyev və Hikmət Cəbrayılzadə vurub.