"Sumqayıt" - "Zirə" matçlarında "sükut": 2-ci ən aşağı məhsuldarlıq
Azərbaycan Premyer Liqasının XXX turunda üz-üzə gələn “Sumqayıt”la “Zirə” bu mövsüm 3-cü dəfə qolsuz bərabərliyə razılaşıblar.
Mediasport.az xəbər verir ki, bu komandaların bir görüşündə Bakı klubu minimal hesabla qalib gəlib.
Rəqiblərin 4 duelində yalnız 1 qol vurulub.
Bu, ölkə çempionatları tarixində 2-ci hadisədir ki, dörd dəfə üz-üzə gələn komandaların qarşılaşmalarında bir qol vurulur.
10 il əvvəl - 2012/13 mövsümündə “Qarabağ”la “Simurq”un 4 matçında 1 qol vurulub. Həmin qola Zaqatala təmsilçisi imza atıb.
“Sumqayıt” - “Zirə” və “Qarabağ” - “Simurq” cütləri Azərbaycan çempionatlarının 2-ci ən aşağı məhsuldarlığına şərikdir.
Mütləq rekord isə 2009/10 mövsümünün “Böyük oyun”larına təsadüf edib. “Neftçi” və “Xəzər Lənkəran”ın 4 matçı da qolsuz başa çatıb.