Avropa çempionatının açılış matçı fransalı hakimlərə tapşırıldı
İyunun 14-də Almaniyada start götürəcək futbol üzrə Avropa çempionatının açılış qarşılaşmasının hakimləri açıqlanıb.
Mediasport.az xəbər verir ki, meydan sahiblərinin Şotlandiya yığması ilə duelini Fransadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Görüşün baş hakimi Kleman Türpin, yardımçıları Nikolya Dano və Benjamin Paje olacaqlar.
Dördüncü hakim funksiyasını Fransua Leteksye yerinə yetirəcək.
VAR-da Jerom Brişar, Villi Delajo və italiyalı Massimiliano İrrati yer alacaqlar.
Xatırladaq ki, Almaniya - Şotlandiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.