Bu klub Elitaya çıxdı - RƏSMİ

Bu klub Elitaya çıxdı - RƏSMİ

Futbol üzrə İtaliya A Seriyasına vəsiqə qazanan daha bir komanda müəyyənləşib.

mediasport.az xəbər verir ki, B Seriyasının 36-cı turunda "Askoli"ni məğlub edən "Cenoa" çempionatın sonuna sona iki tur qalmış Elitaya qayıdışını təmin edib.

Genuya təmsilçisi sona 2 tur qalmış aktivindəki 70 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Ən yaxın izləycisi "Bari"dən 8 xal öndədir.

Daha əvvəl B Seriyasının lideri "Frosinone" yüksək liqaya vəsiqəni rəsmiləşdirmişdi.