Boksçularımız Gürcüstanda beynəlxlaq turnirdə iştirak edəcəklər

Boksçularımız Gürcüstanda beynəlxlaq turnirdə iştirak edəcəklər

Bu gün Gürcüstanın Qori şəhərində gənc boksçular arasında beynəlxalq turnir start götürəcək.

MediaSport.az xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Turnirdə məşqçilər Ceyhun Əbiyevlə Elvin Məmişzadənin rəhbərliyi altında Ramal Yolçuyev (48 kq), Sabir Dadaşov (51 kq), Ənəs Ağayev (54 kq), Əli Alıyev (57 kq), Nadir Məlikov (60 kq), Ayxan Əliyev, Özcan Rəsulzadə (hər ikisi 67 kq) və İlfan Xəlilli (80 kq) güclərini yoxlayacaqlar. Biz sizə inanırıq.