"Böyük Dəbilqə": Yarışın ilk günü cüdoçularımız üçün uğursuz keçib
Türkiyədə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk günündə Azərbaycan cüdoçuları medal qazana bilməyiblər.
Mediasport.az xəbər verir ki, Antalyada baş tutan yarışda mübarizəyə qoşulan 3 idmançımız uğursuz çıxış ediblər.
Əhməd Yusifov (60 kq) və Ruslan Paşayev (66 kq) startda türkiyəli rəqiblərinə məğlub olublar. Yusifov 1/16 finalda Salih Yıldıza, Paşayev isə 1/32 finalda Muhammed Dəmirələ uduzub.
Rəşad Yelkiyev (66 kq) cəmi bir mərhələ adlaya bilib. O, Baibol Salamat Uuludan (Qırğızıstan) güclü olsa da, 1/16 finalda Obid Dzebova (Tacikistan) məğlub olub.
Sabah Azərbaycan millisinin heyətində Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq) və Ömər Rəcəbli (81 kq) mübarizə aparacaqlar.