"Bizi xoşagəlməz rəqiblər gözləyir" - Azarbaycana qarşı oynayacaq "Hamburq"lu

"Bizi xoşagəlməz rəqiblər gözləyir" - Azarbaycana qarşı oynayacaq "Hamburq"lu

Slovakiya milli komandasının futbolçusu Laslo Beneş UEFA Millətlər Liqasının Belarus və Azərbaycanla oyunlarından əvvəl açıqlama verib. MediaSport.az xəbər verir ki, "Hamburq"da çıxış edən 25 yaşlı yarımmüdafiəçi xoşagəlməz rəqiblərlə oynayacaqlarını deyib.

"Bizi xoşagəlməz rəqiblər gözləyir. Bunun öhdəsindən gəlmək üçün yaxşı hazırlaşmalıyıq. Bizim yüksək səviyyəli oyunçularımız var. Hansı nəticələrin qeydə alındığını birlikdə görəcəyik" - deyə, Beneş bildirib.

Slovakiya yığması sentyabrın 22-də Azərbaycan millisini, 3 gün sonra isə Belarusu qəbul edəcək.