"Bu oyun heç-heçə bitsəydi belə, razı qalacaqdım" - Rəşad Sadıqov
"Çox çətin oyun oldu. "Şamaxı" əvvəlki oyunlarda da yaxşı performans sərgiləmişdi. Rəqib qol vurandan sonra futbolçularımız yaxşı reaksiya göstərdi".
Mediasport.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 20-ci turunun "Şamaxı" ilə səfər görüşü haqda danışıb. O, 2:1 hesablı qələbəni şərh edib:
"İlk yarıda rəqib pressinq tətbiq etdiyi üçün oyunumuz alınmırdı. İkinci yarı isə fərqli ssenari ilə keçdi. Son 15 dəqiqədə "Şamaxı" təzyiq edirdi. Bizim də yaxşı əks-hücum imanlarımız oldu. İstifadə edə bilmədik. Bu oyun heç-heçə bitsəydi belə, razı qalacaqdım.
Renato ilə Aydın Bayramov arasında insident olduğuna gəlincə, açığı, nə baş verdiyini görməmişdim. Amma paltardəyişmə otağında öpüşüb görüşdülər. Olanlar meydanda qaldı".