"Buna hazır olmalıyıq"

"Buna hazır olmalıyıq"

"Allaha çox şükür olsun ki, belə vacib oyunda bizə qələbə qazanmaq nəsib oldu. Mən bütün "Kəpəz" azarkeşlərinə dəstəyə görə təşəkkür edirəm. Bura gələn və ya evdən, işdən bizi izləyənlər sevgi göstərirlər. Onların hamısının ürəyi bizimlədir".

Mediasport.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"la qarşılaşmadan sonra "Kəpəz"in baş məşqçisi Adil Şükürov deyib.

Təcrübəli mütəxəssis Premyer Liqanın 21-ci tur matçında inamlı qələbəni şərh edib:

"Futbolçularıma da təşəkkür edirəm. Çalışdılar ki, verilən tapşırıqları maksimum yerinə yetirsinlər. Düzdü, bəzi çatışmazlıqlar oldu. Qarşıda böyük işlərimiz var, hazırlaşmalıyıq. Azər Bağırov doğrudan da yaxşı komanda formalaşdırıb. Onun komandaları ilə oyunlar asan keçmir. İndi də bizə böyük çətinliklər yaşatdılar. Rəqibin heyətində bacarıqlı futbolçular var".

A.Şükürov rəqibi nədə üstələdiklərini də açıqlayıb:

"Biz standart vəziyyətlər zamanı əlimizə düşən imkanlardan istifadə elədik. Məşqlərdə bunun üzərində işləmişdik. Məşqlərdə etdiklərimizi oyunlarda reallaşdıra bilirik və bu bizi sevindirir. Bundan sonra işimiz daha ağır olacaq. Buna hazır olmalıyıq".

Qeyd edək ki, görüş Gəncə klubunun 3:1 hesablı qələbəsilə yekunlaşıb.