28-ci turun bütün qarşılaşmaları eyni saatda başlanacaq - Birinci Divizion

28-ci turun bütün qarşılaşmaları eyni saatda başlanacaq - Birinci Divizion

Futbol üzrə Azərbaycan I Divizionda 28-ci turun oyun cədvəli açıqlanıb.

mediasport.az xəbər verir ki, üç günü əhatə edəcək turun 5 görüşü “Insports.tv” saytında və tətbiqində canlı yayımlanacaq. Bütün matçlar saat 16:00-da başlanacaq.

“Araz Naxçıvan” – “Səbail-2” görüşünün vaxtı və yeri Naxçıvan təmsilçisinin müraciəti, “Səbail” klubunun razılığı ilə (Muxtar Respublikada baş tutacaq dövlət tədbiri ilə əlaqədar) mayın 10-dan 8-nə dəyişdirilməklə Bayıl stadionunda oynanılacaq. Qarşılaşma protoklda “Araz Naxçıvan” – “Səbail-2” oyunu kimi qeyd olunacaq.


Birinci Divizion. 28-ci tur


8 may (bazar ertəsi)

“Araz Naxçıvan” – “Səbail-2”

“ASCO Arena”, (canlı/Insports.tv)


9 may (çərşənbə axşamı)

MOİK – “Qaradağ Lökbatan”

Binə qəsəbə stadionu, (canlı/Insports.tv)


“Qəbələ-2” – “Neftçi-2”

Qəbələ şəhər stadionu (ehtiyat meydança)


“Turan Tovuz-2” – “Zaqatala”

Tovuz şəhər stadionu, (canlı/Insports.tv)


10 may (çərşənbə)

“Zirə-2” – “Qarabağ-2”

Binə qəsəbə stadionu, (canlı/Insports.tv)


“Sumqayıt-2” – “İmişli”

“Kapital Bank Arena” (ehtiyat  meydança)


“Kəpəz-2” – “Şamaxı-2”

Gəncə şəhər stadionu (ehtiyat meydança), (canlı/Insports.tv)