Çadın gənclər və idman naziri Milli Gimnastika Arenası ilə tanış olub
Çadın gənclər və idman naziri Abakar Cermah Aumi Azərbaycana rəsmi səfəri zamanı Milli Gimnastika Arenasına baş çəkib.
Mediasport.az xəbər verir ki, Çaddan olan qonaqları Azərbaycan Gimnastika Federasiyasının və Milli Gimnastika Arenasının nümayəndələri qarşılayıblar.
Bu gün baş tutan səfər zamanı qonaqlar arenadakı şəraitlə tanış olublar.