ÇL-də Azərbaycan çempionunun ilk potensial rəqibi müəyyənləşib
Futbol üzrə Qazaxıstan Superliqasının qalibi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, "Ordabası" sona 1 tur qalmış tarixində ilk dəfə ölkə çempionu olub.
Belaruslu baş məşqçi Aleksandr Sednyovun komandası bu uğura 25-ci turda “Şaxtyor”u (Karaqanda) 3:1 hesabı ilə məğlub etmək və sona 1 tur qalmış ən yaxın izləyicisi "Astana"nı 6 xal qabaqlamaqla imza atıb.
Şımkənd təmsilçisi Qazaxıstanı yayda UEFA Çempionlar Liqasının təsnifat mərhələsində təmsil edəcək və bu mövsüm Azərbaycan çempionu olacaq komandanın potensial rəqibləri arasında yer alacaq.