Cokoviç tarixi uğurun astanasında - Rocer Federeri qabaqlamaq imkanı

Cokoviç tarixi uğurun astanasında - Rocer Federeri qabaqlamaq imkanı

Novak Cokoviç Peşəkar Tennisçilər Birliyinin ("Association of Tennis Professionals" - ATP) final mərhələsində sonuncu - həlledici tura vəsiqə qazanıb.

Mediasport.az xəbər verir ki, o, Karlos Alkarası məğlub etməklə adını finala yazdırıb və italiyalı Yannik Sinnerin rəqibi olub.

İtaliyanın Torino şəhərində keçirilən turnirin yarımfinal mərhələsinin Cokoviç - Alkaras dueli 1 saat 28 dəqiqə davam edib.

Üstünlük ilk dəqiqələrdən sona qədər Novakın tərəfində olub. Nəticədə, o, 2:0 hesablı qələbəyə sevinib (6:3 və 6:2).

Cokoviç həlledici görüşdə dünya dördüncüsü Sinneri məğlub etsə, adını tarixə yazdıracaq. Serbiyalı birinci olacağı halda, əzəli rəqibi Rocer Federeri qabaqlayaraq, fərdi mübarizələrdə 7 dəfə çempionluq yaşamış tennisçi ünvanına yiyələnəcək.