Federasiya yarışlarda uğur qazanan idmançıları mükafatlandırıb
Azərbaycan Stolüstü Tennis Federasiyasında (ASTF) beynəlxalq yarışlarda uğur qazanan idmançılar mükafatlandırılıblar.
Mediasport.az xəbər verir ki, ASTF-nin vitse-prezidenti Elmar İslam, baş katibi Könül Mikayılova və məşqçilər heyətinin qatıldığı tədbirdə əvvəlcə qızlardan ibarət millinin üzvlərinə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə hədiyyələr təqdim olunub.
Ardınca son beynəlxalq yarışlarda etimadı doğruldan idmançılar və yığmanın məşqçiləri mükafatlandırılıblar.
Onlara qarşıdakı yarışlarda da uğurlar arzulanıb, lazımi tövsiyyələr verilib.
Xatırladaq ki, milli üzvləri fevral ayında qatıldıqları tunirlərdə 3 medal qazanıblar.
Onur Quluzadə Əlcəzairdə keçirilən dunya seriyalı “WTT Youth Contender” yarışında qızıl, Xorvatiyanın Osiyek şəhərində təşkil olunan “Avropa Gənclər Seriyası” turnirində bürünc medala yiyələnib.
Yagmur Məmmədli isə Əlcəzairdəki yarışda fəxri kürsünün ikinci pilləsinə qalxıb.