Cüdo üzrə "Böyük Dəbilqə" turniri: İdmançılarımız yarışa başlayırlar

  Cüdo üzrə "Böyük Dəbilqə" turniri: İdmançılarımız yarışa başlayırlar

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri start götürür. 

Mediasport.az xəbər verir ki, yarışın ilk günündə 5 çəki dərəcəsində 8 cüdoçumuz tatamiyə çıxacaq.

Kişilər arasında Balabəy Ağayev və Hüseyn Allahyarov (hər ikisi -60 kq),Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi -66 kq) medallar uğrunda mübarizə aparacaq. 

Qadınlar arasında Leyla Əliyeva (-48 kq), Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi -52 kq) Fidan Əlizadə (57 kq) güclərini sınayacaq.

Xatırladaq ki, Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 8 çəki dərəsində 12 kişi və 2 qadın cüdoçu ilə təmsil olunur.