9 cüdoçumuz 5 çəki dərəcəsində Qran-pridə mübarizəyə start verir
Bu gün Azərbaycan cüdoçuları Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayacaqlar.
Mediasport.az xəbər verir ki, birinci yarış günündə 9 idmançı birincilik uğrunda mübarizə aparacaq.
Kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), qadınlardan Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə və Açeliya Toprak (hər ikisi 57 kq) qüvvəsini sınayacaq.
Xatırladaq ki, yanvarın 28-də başa çatacaq yarışda Azərbaycan 13 cüdoçu ilə təmsil olunur.
Qadınların mübarizəsi
48 kq
Könül Əliyeva - Ka Li Vonq (Çin)
52 kq
Aydan Vəliyeva - Naomi Van Krevel (Niderland)
Gültac Məmmədəliyeva - Lea Metrot (Fransa)
57 kq.
Fidan Əlizadə - Veronika Peres Paçeko (İspaniya)
Açeliya Toprak - Maysa Pardayeva (Türkmənistan)
Kişilərin mübarizəsi
60 kq
Balabəy Ağayev - Maksimilian Heyder (Almaniya) / Artyom Lesyuk (Ukrayna) cütünün qalibi
Turan Bayramov - Joau Amaro Martins (Portuqaliya) / Ancelo Pantano (İtaliya) cütünün qalibi
66 kq
Yaşar Nəcəfov - Serdar Rahimov (Türkmənistan) / Yanislav Qerçev (Bolqarıstan) cütünün qalibi
Kamran Süleymanov - Aleksandr Bukur (Portuqaliya)