Millimizə 5 qol vurdular...

Millimizə 5 qol vurdular...

U-17 yığmamız AÇ-2024-ün seçmə mərhələsində ilk görüşünə çıxıb.

mediasport.az xəbər verir ki, Elxan Abdullayevin rəhbərlik etdiyi kollektiv Bosniya və Herseqovinanın Kakanj şəhərində təşkil olunan qrup mərhələ oyununda Ukrayan ilə üz-üzə gəlib.

Matç rəqibin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın heyətində Hüseyn Hüseynov (77-ci dəqiqə), Murad Məmmədov (83-cü dəqiqə) fərqlənib.

Qrupun digər oyununda Bosniya və Herseqovina Lixtenşteyndən üstün olub (2:0). Abdullayevin rəhbərlik etdiyi kollektiv növbəti matçını oktyabrın 27-də Lixtenşteynə qarşı keçirəcək.