Daha 11 idmançımız bu gün mübarizəyə başlayır - Avropa Oyunları

Daha 11 idmançımız bu gün mübarizəyə başlayır - Avropa Oyunları

Polşada təşkil olunan III Avropa Oyunlarında 4-cü yarış gününün təqvimi açıqlanıb.

MediaSport.az xəbər verir ki, Azərbaycan komandası bu gün 5 növdə 11 idmançı ilə mübarizə aparacaq.

Karate və taekvondoda 4, boksda 2, kamandan oxatmada 1 idmançımız medalçılar sırasına düşməyə çalışacaq.

Atıcılıq yarışında isə yığma komandamız qüvvəsini sınayacaq.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı 29 növ üzrə 253 dəst medal uğrunda yarışacaq. Azərbaycan "Krakov-2023"də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.


III Avropa Oyunları. 4-cü gün


Kamandan oxatma

10:45. Qadınlar: Yaylagül Ramazanova (fərdi)


Karate

11:00. Qadınlar: İrina Zaretska (68 kq), Fəridə Əliyeva (+68 kq)

           Kişilər: Fərid Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq)


Taekvondo

11:00. Qadınlar: Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq)

           Kişilər: Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq)


Atıcılıq

11:45. Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət qarışıq cütlük (10 m məsafəyə pnevmatik tapançadan atəş açma)


Boks

15:00. Kişilər: Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq)