DÇ-2022: VİDEO - Braziliya yığması bu qolla mundialın 1/8 finalına çıxdı

DÇ-2022: VİDEO -  Braziliya yığması bu qolla mundialın 1/8 finalına çıxdı

DÇ-2022-də pley-offa vəsiqə qazanan ikinci komandanın adı məlum olub.

mediasport.az xəbər verir ki, qrupun ikinci görüşünü də qələbə ilə başa vuran Braziliya yığması Fransanın ardından adını Dünya Kubokunun 1/8 finalına yazdırıb.

İlk turda Serbiyaya qalib gələn (2:0) "pentakampeonlar"ın İsveçrə millisi üzərində qələbəsini Kazemironun 83-cü dəqiqədə vurduğu yeganə qol rəsmiləşdirib - 1:0.