Qadın güləşçilərimizdən dünya çempionatına uğursuz start
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, Əsmər Cankurtaran (53 kq) ilk mərhələdə Sofiia Marçenkonu (Ukrayna) "tuş"la məğlub edib, lakin 1/4 finalda hindistanlı Jyoti Jyotiyə uduzub (4:15).
Əsmərin rəqibi finala yüksəlsə, idmançımız bürünc medal uğrunda təsəlliverici görüşdə mübarizə aparacaq.
Günay Qurbanova (62 kq) Annatina Kendranı (İsveçrə) məğlub etsə də (16:5), 1/4 finalda ukraynali İrina Bondara 4:10 hesabı ilə uduzub. Rəqibi həlledici mərhələyə yüksəlsə, Günay "bürünc" uğrunda mübarizəni davam etdirəcək.
Xatırladaq ki, Azərbaycan mundialda 25 idmançı ilə təmsil olunur.