Yunan-Roma güləşçilərimiz 2024-cü ilin ilk sınağında birinci olublar

Yunan-Roma güləşçilərimiz 2024-cü ilin ilk sınağında birinci olublar

Azərbaycan millisinin yunan-Roma güləşçiləri Xorvatiyada təşkil olunan “Zaqreb Open” turnirini zirvədə tamamlayıb.

Mediasport.az xəbər verir ki, 3 idmançı ilə fəxri kürsüdə yer alan komandanın heyətində Ülvi Qənizadə (72 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Həsrət Cəfərov (67 kq) bürünc medal qazanıb.  

Aleksandr Tarakanovun rəhbərlik etdiyi kollektivdə Murad Məmmədov (63 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) 5-ci olaraq yığmanın hesabına xal yazdırıblar.

95 xal toplayan Azərbaycan millisi komanda hesabında ən yaxşı nəticə göstərib. Macarıstan 90 xalla ikinci, Türkiyə isə 81 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Zaqreb turniri Paris olimpiadasının keçiriləcəyi 2024-cü ildə güləşçilərin ilk sınağıdır.

Sərbəst güləş üzrə Azərbaycan yığması 54 xalla komanda hesabında 4-cü, qadınlardan ibarət milli 31 xalla 12-ci yeri tutub.