Avropa çempionatı: Əbülfəzdən gümüş, Ağayevdən bürünc medal
Azərbaycan millisinin taekvondoçusu Cavad Ağayev Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Mediasport.az xəbər verir ki, 74 kq çəkidə mübarizə aparan idmançımız Nimrod Krivişski (İsrail), Sebastian Tune (Norveç) və Strainya Milinkoviçə (Serbiya) 2:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
C.Ağayev bu mərhələdə ispaniyalı Daniel Quesadaya məğlub olaraq yarışı bürünc medalla başa vurub.
Qeyd edək ki, qitə birinciliyində daha əvvəl Qaşım Maqomedov (58 kq) da 3-cü yeri tutub.
Parataekvondoçumuz Əbülfəz Abuzərli isə Serbiyada keçirilən Avropa çempionatında gümüş medal əldə edib.
80 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda cənubi koreyalı Jeonq Jooya uduzub - 7:15.
O, 1/4 finalda türkiyəli Arda Adem Özkulu (23:9), yarımfinalda Böyük Britaniya təmsilçisi Jozef Leyni (12:3) məğlub edib.
Parataekvondoçu ötən il Niderlandın Rotterdamda şəhərində baş tutmuş qitə birinciliyində çempion olub.
İdmançı həmçinin dünya çempionatının finalçısı və üçqat bürünc medalçısıdır.