Daha bir idmançımız uduzdu, qaldı son 2 taekvondoçu - DÇ-2022
Taekvondo yığmamızın Meksikanın Qvadalaxara şəhərində keçirilən Dünya çempionatında uğursuzluğu davam edir.
mediasport.az xəbər verir ki, 54 kq çəkidə yarışan Səyyad Dadaşov da mundialın startında məğlub olub.
Bu gün son iki taekvondoçumuz mübarizəyə 1/16 finaldan başlayacaq. Kişilərin yarışında Qaşım Maqomedov (58 kq), qadınların mübarizəsində isə Minayə Əkbərova (46 kq) tatamiyə çıxacaq.
DÇ-də 8 idmançı ilə təmsil olunan Azərbaycanın aktivində yalnız 1 medal var. 68 kq-da Cavad Ağayev bürünc medal qazanıb.