Dımçenko və Sadıqov Avropa çempionatında iştirak edəcək

Dımçenko və Sadıqov Avropa çempionatında iştirak edəcək

Bu gün Polşanın Qdansk şəhərində sahil avarçəkməsi üzrə Avropa çempionatı start götürəcək.

Mediasport.az xəbər verir ki, qitə birinciliyində Azərbaycanı 2 idmançı təmsil edəcək.

Qadınların yarışında Olimpiya lisenziyaçımız Diana Dımçenko, kişilərdə isə Murad Sadıqov mübarizə aparacaq.

Yarışa iyunun 23-də yekun vurulacaq.