Dövlət qurumlarının əməkdaşları badminton yarışında iştirak ediblər
Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib.
Mediasport.az xəbər verir ki, yarışın yekun nəticələrinə görə, kişilər arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşı İlqar Alqayev 1-ci olub.
Ramil Hacıyev (Bakı Beynəlxalq Dəniz Ticarət Limanı) yarışı ikinci, Şahin Əlizadə (ƏƏSMN) yarışı 3-cü pillədə başa vurublar.
Qadınlar arasında Şəlalə Mərdəliyeva (ƏƏSMN), Şahrun Salmanova (Fövqəladə Hallar Nazirliyi), Fəridə Abdullayeva (Bakı Beynəlxalq Dəniz Ticarət Limanı) fərqləniblər.